XƏBƏR, SOSİAL
13-01-2021, 16:26

Şəmkirdə uşaq bağçası şəhid ailəsini ziyarət edib - FOTO

Şəmkirdə uşaq bağçası şəhid ailəsini ziyarət edib - FOTO

Şəmkir rayonunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir.

Qeyd edək ki, rayonda şəhid və qazi ailələrinə diqqətin artırılması ənənəsinə Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən atılan örnək addımlar öz töhfəsini verməkdədir.

Qərbinfo.az xəbər verir ki, əsası Rayon İcra Hakimiyyəti tərəfindən qoyulan bu nəcib təşəbbüsə Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının kollektivi də qoşulub.

Beləki, körpələr evi-uşaq bağçasının kollektivi "Vətən müharibəsi"ndə qəhrəmancasına həlak olmuş, şəhid Qəribzadə Hüseyn Qadir oğlunun, ailəsini ziyarət edib.

Ziyarət zamanı şəhidimizin qərəmanlıq irsi haqqında danışılıb. Şəhidin ailə üzvləri öz xatirilərini ziyarətçilərlə bölüşüb.

Şəhid Qəribzadə Hüseyn Qadir oğlunun ailəsi onlara göstərilən xüsusi qayğı və ehtirama görə Dövlətimizin başçısına minnətdarlıq ediblər.
Şəmkirdə uşaq bağçası şəhid ailəsini ziyarət edib - FOTO
Şəmkirdə uşaq bağçası şəhid ailəsini ziyarət edib - FOTO
Şəmkirdə uşaq bağçası şəhid ailəsini ziyarət edib - FOTO







Son Xəbər