XƏBƏR, SOSİAL
13-01-2021, 14:28

Şəhid və qazi ailələrinə xüsusi diqqət və ehtiramın göstərilməsi ənənəsi - ŞƏMKİR

Şəhid və qazi ailələrinə xüsusi diqqət və ehtiramın göstərilməsi ənənəsi  - ŞƏMKİR

Şəmkir rayonunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir.

Qeyd edək ki, rayonda şəhid və qazi ailələrinə diqqətin artırılması ənənəsinə Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən atılan örnək addımlar öz töhfəsini verməkdədir.

Qərbinfo.az xəbər verir ki, əsası Rayon İcra Hakimiyyəti tərəfindən qoyulan bu nəcib təşəbbüsə Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının kollektivi də qoşulub.

Beləki, körpələr evi-uşaq bağçasının kollektivi "Vətən müharibəsi"ndə qəhrəmanlıq göstərmiş, müharibə Qazisi Namazov Qoça Hüseyn oğlunun ailəsini ziyarət edib.

Qazi Namazov Qoca Hüseyn oğlunun ailəsi onlara göstərilən xüsusi qayğı və ehtirama görə Dövlətimizin başçısına minnətdarlıq edib.

Şəhid və qazi ailələrinə xüsusi diqqət və ehtiramın göstərilməsi ənənəsi  - ŞƏMKİR






Son Xəbər