XƏBƏR, SİYASƏT
13-01-2021, 09:00

Pakistanda üçtərəfli görüş keçiriləcək

Pakistanda üçtərəfli görüş keçiriləcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistana rəsmi səfərə yola düşüb.

Qərbinfo.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də yazıb.

Səfər çərçivəsində Azərbaycan-Pakistan-Türkiyə XİN başçılarının ikinci üçtərəfli görüşü və Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək.






Son Xəbər