XƏBƏR, MƏDƏNİYYƏT
12-01-2021, 18:15

Şuşa regionun turizm mərkəzi olacaq

Şuşa regionun turizm mərkəzi olacaq

Şuşa şəhərində festivalların və digər tədbirlərin keçirilməsi turizmə müsbət təsir edəcək.

Qərbinfo.az xəbər verir ki, bunu açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. Onun sözlərinə görə, Şuşa regionda mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də turizmin mərkəzi olacaq.
"İlkin planlarda nəzərdə tutulur ki, Şuşa şəhərində mədəniyyət tədbirləri və festivallar keçirilsin. Turizm məhz bu istiqamətdə daha çox inkişaf etdiriləcək. Şuşa şəhərinin coğrafi yerləşməsi unikaldir. Şəhərin bütün azərbaycanlılar üçün simvolik mənası var. Bundan əlavə, Şuşa şəhərinin zəngin mədəni, tarixi irsi var ki, bu istiqamətdə də müvafiq turizm məhsulları, turizm marşrutlarının qurulması planlaşdırılır", - deyə qurum rəsmisi gələcəkdə daha böyük işlərin görüləcəyini vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Dövlət başçısı bildirib ki, Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı bərpa edilməlidir.






Son Xəbər