XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
11-01-2021, 10:01

İcra başçısı: Bu ümdə olan vəzifənin öhdəsindən layiqincə gəlməliyik - ŞƏMKİR

İcra başçısı: Bu ümdə olan vəzifənin öhdəsindən layiqincə gəlməliyik - ŞƏMKİR

Şəmkir rayonunda şəhid ailələrinə və müharibə qazilərinə xüsusi diqqət, qayğı və ehtiram göstərilir.

"Şəhid ailələrinə və müharibə qazilərinə qayğı və ehtiramın göstərilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu ümdə olan vəzifəni layiqincə həyata keçirmək hər birimizin ali məqsədimizə çevrilməlidir. Qeyd edim ki, bu işdə hər birimizə nümunə olacaq örnək addımlar möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən atılmışdır. Bu bizim üçün örnək addımlardır. Biz çalışmalıyıq ki, bu müqəddəs vəzifənin öhdəsindən layiqincə gələk."

Qərbinfo.az xəbər verir ki, bu fikrlər Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rayonun şəhid ailələri və qazilərinə xüsusi qayğı və ehtiram göstərilməsi məqsədi ilə Rayon İcra Hakimiyyətinin işçilərinə verdiyi tapşırıqda səsləndirilib.

Tapşırğıa əsasən rayonun şəhid ailələrinə və müharibə qazilərinə baş çəkilir, onların mövcud problemləri dinlənilir, qaldırılan məsələlərin həlli istiqamətində ciddi addımlar atılır. Beləki, rayon səviyyəsində həll olunacaq problemlər yerindəcə həll olunur, bəzi məsələlərin həlli üçün aidiyyəti orqanlar qarşısında məsələlər qaldırılır.

Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin tərkib hissəsi olaraq, bu gün İcra hakimiyyətinin məsul işçisi Tural Əliyevin təşəbbüsü ilə Şəmkir şəhər 6 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının şəhid Alməmmədov Emin Akif oğlunun ailəsinə ziyarəti gerçəkləşdirib.

Bu nəcib təşəbbüsdə Şəmkir şəhər 6 saylı körpələr evi-uşaq bağçasının kollektivi, Şımkir Gənclərinin Mədəni İnkişafı Birliyinin üzvü iştirak edib.

İcra Hakimiyyətinin məsul işçisi Tural Əliyev Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun salam və ehtiramını şəhid ailəsinə çatdırıb.

Uşaq bağçasının balaca fidanları şəhidin qəhrəmanlıq irsi ilə tanış olublar.

Sonra balaca fidanlar şəhid E.Alməmmədovun xatirəsinə ehtiram əlaməti olaraq vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Daha sonra, balacalar şəhidin övladları Əbəlfəz və Xədicə ilə birlikdə sevinc dolu, əyləncəli anlar yaşayıblar.

Şəhidin həyat yoldaşı Mələk Alməmmədova övladlarının təlim-tərbiyyəsi mövzusunda müraciət edərək köməklik göstərilməsini xahiş edib.

Müraciət yerindəcə öz həllini tapıb. Beləki, şəhid Emin Alməmmədovun övladlarının Şəmkir şəhər 6 saylı körpələr evi uşaq bağçası tərəfindən həyata keçirilən onlayn tədris proqramına qoşulması təmin edilib.

M.Alməmmədova onlara göstərilən bu qayğı və diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Qeyd edək ki, rayonda şəhid ailələrinə və müharibə qazilərinə ziyarət davam etdirilir.

Son Xəbər