XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
8-01-2021, 16:46

Şəhid anası minnətdarlıq edib - ŞƏMKİR

Şəhid anası minnətdarlıq edib - ŞƏMKİR

Şəmkir rayonunda şəhid ailələrinin vəziyyəti daim rayon rəhbərilnin diqqət mərkəzindədir. Rayonun şəhid ailələrinə mütamadi olaraq baş çəkilir, onların problemləri ilə maraqlanılır.

Qərbinfo.az xəbər verir ki, rayonun Qapanlı kəndindən olan Əlili Orxan Elşad oğlunun anası Hekayət Əliyevanın dünən gecə saatlarında səhhətinin pisləşməsi ilə bağlı rayon icra hakimiyyətinin əməkdaşları hərəkətə keçib.

Redaksiyamıza daxil olan məlumata əsasən sözü gedən qurumun əməkdaşı Surac Namazov şəhid anasının səhətində yaranmış problemin aradan qaldırılması məqsədi ilə Təcili Tibbi Yardım stansiyasının əməkdaşlarını cəlb edib, şəhid anasının Gəncə şəhər mərkəzi xəstəxanasına çatdırılmasını təmin edib. Şəhid anasına lazimi tibbi yardım xidməti göstərilərək evə göndərilib.

Şəhid anası Hekayət Əliyeva ona göstərilən bu qayğı və diqqətə görə minnətdarlıq edir.






Son Xəbər