XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
8-01-2021, 16:03

İcra başçısı: "Ad günün mübarək şəhidimin balası, şəhidimin əmanəti"

İcra başçısı: "Ad günün mübarək şəhidimin balası, şəhidimin əmanəti"

"Ad günün mübarək şəhidimin balası, şəhidimin əmanəti"

Qərbinfo.az xəbər verir ki,bu sözlər Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun şəhid övladının ad günü təbrikində səsləndirilib.

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Yeniabad kənd sakini şəhid Məmmədov Çingiz İlham oğlunun övladı Məmmədov Elgiz Çingiz oğlunun doğum günüdür.

Bu münasibələ rayon İcra Hakimiyyətinin əməkdaşları şəhidin ailəsini ziyarət ediblər.

Ziyarət zamanı Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bütün şəmkirlilər adından səsləndirdiyi doğum günü təbriki ailəyə çatdırılıb.

Ailə bu ziyarəti sevinc hissi ilə qarşılayıb, onlara göstərilən bu qayğı və diqqətə görə dövlətimizin başçısına minnətdarlıq hisslərini ifadə edib.
İcra başçısı: "Ad günün mübarək şəhidimin balası, şəhidimin əmanəti"
İcra başçısı: "Ad günün mübarək şəhidimin balası, şəhidimin əmanəti"






Son Xəbər