XƏBƏR, SOSİAL
2-12-2020, 17:24

Lukaşenko: Dünya bir daha silahlanma yarışının astanasındadır

 Lukaşenko: Dünya bir daha silahlanma yarışının astanasındadır

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin sərhədlərində hərbi mövcudiyyətini genişləndirir.

Qərbinfo.az xəbər verir ki, bunu Belarus Respublikası Prezidenti Aleksandr Lukaşenko KTMT-nin bügünkü onlayn sammitində deyib.

O bildirib ki, KTMT-nin qərb sərhədləri yaxınlığında ABŞ və NATO-nun hərbi varlığının artması ciddi narahatlıq doğurur: "Dünya bir daha nəzarətsiz silahlanma yarışının başlanmasının astanasındadır. Ən təhlükəli hadisələr, yəni dünya güc mərkəzləri arasındakı hərbi qarşıdurma, KTMT-nin qərb sərhədləri yaxınlığında ABŞ və NATO hərbi varlığının gücləndirilməsi ciddi narahatlığa səbəb olur".

Prezident izah edib ki, burada, ilk növbədə, Polşada əlavə ABŞ hərbi kontingentinin yerləşdirilməsindən və yeni hərbi infrastruktur obyektləri yaratmaq planlarından danışılır: "Bu ölkənin ərazisində və Baltikyanı ölkələrdə sistemli hərbi tədbirlərin artdığını açıq şəkildə görürük".

Sammit "Rossiya 24" telekanalında yayımlanıb.






Son Xəbər