XƏBƏR, SOSİAL
2-12-2020, 10:23

Yas mərasimi keçirənlər saxlanıldı

Yas mərasimi keçirənlər saxlanıldı

Kürdəmirdə karantin qaydalarını kobud şəkildə pozaraq yas mərasimi təşkil edənlər saxlanılıb.

Qərbinfo.az xəbər verir ki, rayonun Sığırlı kəndində Zeynalov Davud Zakir oğlu karantin qaydasını kobud şəkildə pozaraq yaşadığı evdə anasına yas mərasimi təşkil edib. Bununla əlaqədar rayon polis şöbəsinə daxil olan məlumata əsasən əraziyə baxış keçirilib və yas mərasimini təşkil edən ev sahibi Davud Zeynalov və onun qonaqları saxlanılaraq şöbəyə gətirilib.

Rayon polis şöbəsində saxlanılanlarla profilaktik söhbətlər aparılıb, sonra onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə tətbiq olunub.






Son Xəbər