XƏBƏR, SİYASƏT
26-11-2020, 18:31

Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransa və digər Qərb ölkələrindən daha yüksəkdir

Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransa və digər Qərb ölkələrindən daha yüksəkdir

Mən əminəm ki, Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransada və digər Qərb ölkələrində olduğundan daha yüksəkdir.

Qərbinfo.az-ın məlumatına görə, bunu ISESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tüveycri öz “Twitter” səhifəsində yazıb.

O, müxtəlif tədbirlərdə iştirak etmək üçün dəfələrlə Azərbaycanda olduğunu və müxtəlif dini konfessiyaların nümayəndələri ilə dəfələrlə görüşdüyünü yazıb:

“Ermənilər Qarabağda məscidləri vəhşicəsinə dağıdarkən və tövləyə çevirərkən Fransa və digər ölkələr susurdu. Bu gün isə Azərbaycanın mədəni dəyərlərinin dağıdılmasına susan ölkələr ondan xristian tarixi dəyərlərinə hörmət etməyi tələb edir”.






Son Xəbər