Fransanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib, ölkə qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır.
Qərbinfo.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zaxari Qross deyib.
Səfir bildirib ki, Senatın qərarı icbari hesab olunmur:
"Yalnız tərəflər arasında dialoq münaqişəni həll edə bilər. Fransa hökumətinin mövqeyi dəyişmədiyinə görə bu məsələnin Fransa-Azərbaycan münasibətlərinə təsir etməsinə səbəb görmürəm. Bu məntiqsiz olardı".