XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
26-11-2020, 12:40

Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilir - FOTO

Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilir - FOTO

Fransanın Azərbaycandakı səfirliyi qarşısında senatda qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnaməyə etiraz aksiyası keçirilir.

Qərbinfo.az-ın məlumatına görə, aksiya iştirakçıları səfirlik qarşısında ingilis və fransız dillərində hazırlanmış plakatlar nümayiş etdirərək, "Qarabağ Azərbaycandır", "Fransa, ədalətli ol", "Beynəlxalq hüquqa hörmət elə", "Fransa, ATƏT-dən rədd ol!" kimi şüarlar səsləndiriblər.

Aksiyaçıların bəyanatında bildirilib ki, Fransa senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 9-da əldə edilmiş razılaşmaya kölgə salır: "Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizmə göz yumaraq riyakarlığını və ikiüzlülüyünü bütün dünyada nümayiş etdirdi.

Bu qətnamə əldə edilmiş sülhü təhlükə altına atır. Biz bu qətnaməni pisləyir və ləğv edilməsini tələb edirik. Senatın bədnam qətnaməsi ləğv olunana qədər isə Fransa ilə bütün əlaqələrin dayandırılmasını tələb edirik. Senatın qəbul etdiyi qətnamə BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkədir. Fransa ATƏT-in Minsk qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etsin".

X X X

12.32

Bakı sakinləri Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirir.

Qərbinfo.az-ın məlumatına görə, paytaxt sakinləri və 40-a yaxın QHT səfirlik qarşısına toplaşaraq Fransa senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna etiraz edir.

Aksiya iştirakçıları səfirlik qarşısında bəyanat səsləndiriblər.

Son Xəbər