XƏBƏR, SİYASƏT
26-11-2020, 12:21

Hansısa kağız parçası ilə Azərbaycana təsir göstərmək olmaz - Vitse-spiker

Hansısa kağız parçası ilə Azərbaycana təsir göstərmək olmaz - Vitse-spiker

Həmkarlarım burada beynəlxalq hüquqdan danışır. Beynəlxalq hüquq haradadır? Fransa Senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin reallaşmasıdır.

Qərbinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli parlamentin bu gün keçirilən iclasında deyib.

F.İbrahimli qeyd edib ki, Fransa Senatının üzvləri Əlcəzairdə soyqrım törədən qatillərin nəvələridir: “Burada insanlıqdan nəsə gözləmək sadəlövlük olar. Axı Fransa ermənilərə söz vermişdi, indi də öz sözünü tuta bilmir. Ancaq hansısa kağız parçası ilə Azərbaycana təsir göstərmək olmaz. Azərbaycan həmişə haqlı mövqedə olub. Azərbaycanla danışığın bir forması var və bu, haqq-ədalət, beynəlxalq hüquq müstəvisində olmalıdır”.






Son Xəbər