XƏBƏR, SİYASƏT
25-11-2020, 21:26

Baydenin administrasiyasında bu şəxslər olacaq - SİYAHI

Baydenin administrasiyasında bu şəxslər olacaq - SİYAHI

ABŞ-ın 46-cı prezidenti seçilən Cozef Bayden gələcək administrasiyasında bir sıra əsas vəzifələrə namizədləri təqdim edib.

Qərbinfo.az xəbər verir ki, Senat tərəfindən təsdiqlənərsə, bu insanlar yaxın gələcəkdə Amerika xarici siyasətini inkişaf etdirməli və milli təhlükəsizliyi təmin etməli olacaqlar. Lakin onların bəziləri daha əvvəl vəzifələrdə çalışıblar.

Məlumata görə, dövlət katibi vəzifəsinə hazırkı namizəd Antoni Blinken, Barak Obama administrasiyasında ABŞ Dövlət Departamenti rəhbərinin birinci müavini olub.

Dövlət Departamentinə o zaman rəhbərlik edən Con Kerri isə prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi olmağa razılıq verib. Onun Afrika işləri üzrə keçmiş köməkçisi Linda Tomas-Qrinfild indi ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə namizəd göstərilib. Yeri gəlmişkən, Baydenin dövründə bu vəzifənin prezident kabinetinin üzvü səviyyəsinə qaytarılması gözlənilir.

Senatın təsdiqinə ehtiyacı olmayan Baydenin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan olacaq. Daxili Təhlükəsizlik naziri vəzifəsinə əvvəllər bu departamentdə nazir müavini vəzifəsində çalışmış Alexandro Mayorkasa həvalə ediləcək.

Obama adminstrasiyasında prezidentin milli təhlükəsizlik üzrə köməkçisi olan Avril Haynes, ABŞ Milli Kəşfiyyatının direktoru olaraq tarixdə ilk qadın olmaq şansını qazanıb. Müdafiə nazirinin siyasi məsələlər üzrə keçmiş müavini Mişel Flornoyun namizədliyi Pentaqon başçısı vəzifəsinə, ABŞ Federal Ehtiyat Sisteminin (Mərkəzi Bank) keçmiş sədri Canet Yellenin isə maliyyə naizri vəzifəsinə namizədliyi irəli sürüləcək.






Son Xəbər