XƏBƏR, SOSİAL
25-11-2020, 21:49

Kəlbəcər sakini: Cənab Prezidentimizə təşəkkür edirəm, bu günü bizə qismət etdi

Kəlbəcər sakini: Cənab Prezidentimizə təşəkkür edirəm, bu günü bizə qismət etdi

Bir kəlbəcərli kimi bugünkü günlə qürur duyuram.

Qərbinfo.az xəbər verir ki, Kəlbəcər rayonunun Comərd kənd sakini Firqət Salmanov deyib.

O bildirib ki, bu gün bütün Azərbaycan xalqı üçün bayramdır: "Mənim üçün işğaldan azad olunan bütün torpaqlar əzizdir. Cənab Prezidentimizə təşəkkür edirəm, bu günü bizə qismət etdi. Artıq ordumuz Kəlbəcərdədir. Azərbaycan Ordusuna təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirəm. Azərbaycanın Ali Baş Komandanı qətiyyətli mövqeyi ilə bu sevinci bizə yaşatdı".






Son Xəbər