XƏBƏR, SOSİAL
21-11-2020, 21:28

“Qarabağda 67 məsciddən 63-ü dağıdılıb, yüzlərlə tarixi abidə zədələnib”

 “Qarabağda 67 məsciddən 63-ü dağıdılıb, yüzlərlə tarixi abidə zədələnib”

Mədəniyyət xadimlərinin irsi abidələrinin qorunub saxlanmasında dini ayrı-seçkilik etməsi məni heyrətləndirdi.

Qərbinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi sədrinin birinci müavini Dəmir Muxetdinov Rusiyanın tanınmış mədəniyyət xadimlərinin Qarabağdakı abidələrin qorunub saxlanılması ilə bağlı UNESCO-ya müraciətini özünün “Facebook” səhifəsində şərh edərkən bildirib.

“Rejissorlar, dirijorlar, musiqiçilər və yaradıcı elitanın digər nümayəndələri Dağlıq Qarabağ regionundakı xristian mədəni, bədii və memarlıq irsi abidələrinin qorunub saxlanması üçün onların Dünya İrs Siyahısına daxil olunmasını xahiş edirlər. Mədəniyyət xadimlərinin ayrı-seçkilik etməsi məni heyrətləndirdi: Onlar müsəlman abidələrinin təhqir olunmasına və məhv edilməsinə utanıb qızarmadan göz yummaqla açıq-aydın göstərirlər ki, qorunub saxlanması zəruri olan mədəni sərvət yalnız Dağlıq Qarabağdakı xristian məbədləridir”.






Son Xəbər