XƏBƏR, SİYASƏT
21-11-2020, 16:55

Lavrov: “Tərəflər Qarabağ bəyanatının alternativsiz olduğunu etiraf edir”

Lavrov: “Tərəflər Qarabağ bəyanatının alternativsiz olduğunu etiraf edir”

Ermənistandakı danışıqlarda bütün tərəflər Qarabağla bağlı 10 noyabr bəyanatının alternativsiz olduğunu etiraf etdilər.

Qərbinfo.az xəbər verir ki, bunu İrəvana səfərinin yekunları barədə açıqlama verən Rusiyanın Xarici İşlər naziri Sergey Llavrov bildirib.

O deyib ki, İrəvanda hərtərəfli danışıqlar aparılıb: “Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağ ətrafında hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatının dəqiq və tam hüquqlu bir şəkildə həyata keçirilməsini təmin etməklə bağlı tapşırıqlara yönəldilib. Hər kəs bu bəyanatın bir neçə həftə əvvəl çox kəskin xarakter alan vəziyyətin həllinin alternativsiz bir yolu olduğunu qəbul etdi".






Son Xəbər