XƏBƏR, MANŞET-SLAYDER
21-11-2020, 13:40

Şəmkir sakini Prezidentə yazır: Siz xalqımızın xoşbəxtliyi naminə yorulmadan çalışırsınız

Şəmkir sakini Prezidentə yazır: Siz xalqımızın xoşbəxtliyi naminə yorulmadan çalışırsınız

Şəmkir rayon Yeni Həyat kənd sakini Brilyant Quliyeva Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb.

Qərbinfo.az həmin məktubu təqdim edir.

"Hörmətli Prezidentimiz cənab İlham Əliyev.

Hamımıza məlumdur ki, Azərbaycan qədim dövlətçilik ənənələrinə malik bir ölkədir. Xalqımızın tarixdə üzləşdiyi ən böyük fəlakətlərdən biri XX əsrin 90-cı illərinin əvvəlində mənfur düşmənlərimiz olan ermənilər tərəfindən işğala, soyqırımları və vəhşiliklərə məruz qalmasıdır. Iki əsrdir torpaqlarımız yadellilərin işğalına məruz qalmış, zaman-zaman torpaqlarımız işğal olunmuşdu.

Cənab Prezident, bu gün mən özümü xoşbəxt sayıram. Siz müdrik və uzaqgörən siyasətinizlə Azərbaycan xalqına şərəfli bir tarix yaşatdınız. Azərbaycan xalqının bu günü və xoşbəxt gələcəyi naminə yorulmadan çalışırsınız. Xalq Sizi sevir və ürəkdən dəstəkləyir.

Hörmətli Prezidentimiz, müzəffər Ali Baş Komandanımız, Sizə Kəlbəcər, Şuşa dağları, Zəngilan, Laçın çinarları kimi ucalıq, uzunömürlülük arzulayıram.

Hörmətlə,

Brilyant Quliyeva"

Azərbaycan Respublikası, Şəmkir rayonu, Yeni Həyat kəndi.






Son Xəbər