XƏBƏR, SİYASƏT
20-11-2020, 23:27

İcmadan yeni layihə

İcmadan yeni layihə

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması yeni layihəyə start verib.

İcmadan Qərbinfo.az-a bildirilib ki, kayihə əsir və itgin düşmüş, girov götürülmüş vətəndağlarımızla bağlı həyata keçirilir.

Məlum olduğu kimi, ötən əsrin 90-cı illərində torpaqlarımızın işğalı zamanı 4 minə yaxın soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. Bu illər ərzində Ermənistan hakimiyyəti beynəlxalq konvensiyaların tələblərini pozaraq əsir düşmüş soydaşlarımızla bağlı Azərbaycan tərəfinə heç bir məlumat təqdim etməyib. Əsir düşmüş şəxslərin ailə üzvlərinin beynəlxalq təşkilatlara ünvanladıqları çoxsaylı müraciətlər isə cavabsız qalıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan layihənin məqsədi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayətlərini yenidən gündəmə gətirmək, əsir və itgin düşmüş, girov götürülmüş şəxslərin ailə üzvlərinin üç dildə (Azərbaycan, rus, ingilis) video müraciətlərini hazırlayıb beynəlxalq təşkilatlara, insan hüquqaları ilə bağlı məşğul olan humanitar qrumlara təqdim etməkdir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistan hakimiyyətindən 90-cı illlrdə əsir və girov götürülmüş, itgin düşmüş 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı məlumatlara aydınlıq gətirməyi tələb edirik.






Son Xəbər