XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
20-11-2020, 17:20

Mehriban xanım Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib

Mehriban xanım Əliyeva Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə paylaşım edilib.

Qərbinfo.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlər,

Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"






Son Xəbər