XƏBƏR, HADİSƏ
13-11-2020, 11:20

Şəmkirdə ağır yol-nəqiliyyat hadisəsi baş verib - Ölən var

Şəmkirdə ağır yol-nəqiliyyat hadisəsi baş verib - Ölən varŞəmkir rayonunun Əliyaqublu kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Qərbinfo.az -a verilən məlumata görə, hadisə noyabrın 12-də saat 7 radələrində qeydə alınıb.

Tovuz rayon sakini Firuz Rəsulovun idarə etdiyi “VAZ-2107” və Kəlbəcər rayon sakini S.Hüseynovun idarə etdiyi “QAZ-2705” markalı avtomobillər toqquşub. Nəticədə F.Rəsulov və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.






Son Xəbər