XƏBƏR, İDMAN
12-05-2017, 22:30

İslamiadanın açılış mərasimində komandaların paradı başlayıb

İslamiadanın açılış mərasimində komandaların paradı başlayıb IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində komandaların paradı başlayıb.

Qərbinfo.az-ın məlumatına görə, hər komanda stadiona öz bayrağı altında daxil olub.

Onlar plakat saxlayan kişinin və mis qabda su daşıyan qadının arxasınca gediblər. Azərbaycan komandası stadiona daxil olan kimi Natiq Şirinov və digər 19 nağaraçı ifa etməyə başlayıb. “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının bayraqları yan-yana dalğalanmağa başlayıb. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Azərbaycanın 10 çempionu tərəfindən stadiona gətirilib. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı hərbçilər tərəfindən qaldırılıb. Bütün idmançılar və hakimlər adından and içilib.






Son Xəbər