XƏBƏR, İDMAN
12-05-2017, 19:51

Sevincindən xəstəxanalıq oldu - İslamiada

Sevincindən xəstəxanalıq olduIV İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Kamerun millisinin baş məşqçisi Riçard Tova xəstəxanaya yerləşdirilib.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə kamerun mətbuatı xəbər yayıb. Ötən gün Mərakeşlə oyun zamanı Riçard Tovanın halı pisləşib.

Onun komandası matçın 30-cu dəqiqəsində hesabı açıb. Baş məşqçi bu qolun sevincindən huşunu itirib.

Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin kardiologiya şöbəsində olan məşqçinin vəziyyəti normaldır.

Qeyd edək ki, Kamerun - Mərakeş oyunu 1:1 hesablı bərabərliklə başa çatıb






Son Xəbər