XƏBƏR, İDMAN
12-05-2017, 16:30

Azərbaycan ilk medalını təmin etdi - İslamiada

Azərbaycan ilk medalını təmin etdiBakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında boks yarışı davam edir.

Qərbinfo.az-ın məlumatına görə, 1/4 final mərhələsində təmsilçimiz Məhəmmədrəsul Məcidov Qazaxıstan idmançısı Nurlan Saparbayla qarşılaşıb.

+91 çəki dərəcəsində mübarizə aparan idmançıların gərgin keçən görüşündə boksçumuz 5:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

Beləliklə, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında ilk medalını - ən azı bütünc medalı təmin edib.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.






Son Xəbər