XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
31-10-2020, 19:00

Redaktor: Ermənistan sülh prinsipinə sadiq idisə, niyə işğal etdiyi ərazilərdə möhkəm hərbi isehkamlar qurub?

Redaktor: Ermənistan sülh prinsipinə sadiq idisə, niyə işğal etdiyi ərazilərdə möhkəm hərbi isehkamlar qurub?

Dağlıq qarabağ münaqişəsinin həlli istiqamətində 30 ildir ki, Atətin Minski qrupunun vasitəçiliyi ilə sülh danışıqları gedib. BMT-nin qəbul olunmuş 4 qətnaməsi bu 30 ildə icra olunmayıb. Azərbaycan hər zaman beynəlxalq hüquqa inanıb, ümid bəsləyib və səbrlə gözləyib. Lakin biz sülhə inanıb danışıqlara ümid etdiyimiz halda Ermənistan nə edib?

Ermənistan tərəfi bu 30 ildə özünü sülh prinsiplərinə sadiq göstərərək işağ altında olan torpaqlarda möhkəm hərbi istehkamlar qurub. Burada sual olunur, sülh yolu ilə işğal etdiyi torpaqları geri qaytarmaq istəyən bir ölkə həmin ərazilərdə niyə möhkəm hərbi ehkamar qurub?!

Təkcə bu fakt deməyə əsas verir ki, Ermənistanın siyasi hakimiyyəti bu 30 ildə Azərbaycan torpaqlarına qarşı işğalçılıq niyyətindən qətiyyən əl çəkməyib, eyni zamanda, beynəlxaq hüquqa, beynəlxalq təsissatlara, dünya ictimaiyyətinə hörmətsizlik edib, aldadıb.
Sadə dildə desək, bütün dünyanı "barmağına dolayıb".

Tural Əliyev, Qərbinfo.az






Son Xəbər