XƏBƏR, MƏDƏNİYYƏT
12-05-2017, 10:42

Azərbaycan təmsilçisi "Eurovision 2017"nin finalında neçənci sırada çıxış edəcək?

Azərbaycan təmsilçisi "Eurovision 2017"nin finalında neçənci sırada çıxış edəcək? Eurovision 2017" Mahnı Müsabiqəsinin final mərhələsində iştirakçıların çıxış edəcəyi sıralama müəyyənləşib.

Qərbinfo.az “eurovision.tv” saytına istinadən verdiyi məlumata görə, Azərbaycanı "Sceletons" mahnısı ilə müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.

Mayın 13-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək finalda müsabiqə iştirakçılarının sıralaması belədir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.






Son Xəbər