XƏBƏR, MANŞET-SLAYDER, HƏRBİ
27-10-2020, 17:53

Ermənistan Bərdəyə raket atıb, 3 ölü, 10 yaralı - YENİLƏNİB

Ermənistan Bərdəyə raket atıb, 3 ölü, 10 yaralı - YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində 3 mülki şəxs həlak olub və 10 nəfər uşaq və qadın ağır yaralanıb. Ermənistanın hərbi cinayətləri davam edir.

Qərbinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

“Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt zərbə endirəcəyinə dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturlar”, - o qeyd edib.


***

Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi vəhşicəsinə pozaraq Azərbaycanın Bərdə bölgəsindəki mülki əhaliyə raketlərlə hücum edib. Azvision.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsinə yazıb.

O deyib: “Bu dəhşətli hücum nəticəsində 3 mülki şəxs öldürülüb, dörd mülki yaralanıb. Ermənistanın hərbi cinayətləri dayandırılmalıdır.






Son Xəbər