XƏBƏR, SOSİAL
26-10-2020, 22:55

Yerini tərk edən koronavirus xəstəsi saxlanılıb

Yerini tərk edən koronavirus xəstəsi saxlanılıb

Quba rayon sakini Gülbaba Abdullayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib. Lakin adıçəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Qərbinfo.az-a verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan G.Abdullayevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.






Son Xəbər