XƏBƏR, SİYASƏT
26-09-2020, 15:35

Ceyhun Bayramov Ukraynaya başsağlığı verib

Ceyhun Bayramov Ukraynaya başsağlığı verib

Xarici işlər naziri Ceyhun Bayramov Ukraynada hərbi təyyarə qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib.

Qərbinfo.az-ın məlumatına görə, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.

Nazir bildirib: "Xarkovda faciəvi hərbi təyyarə qəzasında həlak olanlarla əlaqədar dərindən təəssüflənirik. Həlak olanların ailələrinə başsağlığımızı ifadə edirik. Yaralılara tezliklə sağalmalarını arzulayırıq. Ukraya hökumətinə və xalqına dəstək və həmrəyliyimizi ifadə edirik".

Xatırladaq ki, ötən gecə Ukraynanın Xarkov şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub.






Son Xəbər