XƏBƏR, SOSİAL
26-09-2020, 09:59

Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur?

Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur?

Azərbaycanda nağdsız ödənişlər daha da populyarlaşır, nağd əməliyyatların həcmi sürətlə azalır.

Bunu Qərbinfo.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildiriblər.

Qeyd olunub ki, POS terminalların quraşdırılması barədə qərar hökumət tərəfindən 2012-ci ildə qəbul edilib:

"Amma bu qədər vaxt keçsə də, sahibkarlar hələ də POS terminalların geniş tətbiqinə tam hazır deyil. Əvvəllər bunun geniş yayılmasına nağdsız ödənişlərin əhali arasında daha az populyarlığı mane olurdu. Bu gün isə daha çox şəxs plastik kartlardan istifadə edir və müvafiq olaraq, POS terminallar olmadıqda, çətinliklə üzləşir".

Mənbənin sözlərinə görə, əlavə dəyər vergisinin 15 faizinin geri alınması imkanı vətəndaşları nağdsız ödənişlərdən daha fəal istifadə etməyə təşviq edəcək.

Dövlət xidmətindən bildiriblər ki, bu təşəbbüs müsbət aspektlərə malikdir. Kiçik və orta biznesin bu gün geniş istifadədə olan texnologiyalardan istifadə üçün vəsait və vaxt sərf etmək zərurəti yaranmır.






Son Xəbər