XƏBƏR, SOSİAL
26-09-2020, 09:38

"ASAN" qatar Şəmkirdə xidmətini davam etdirir

"ASAN" qatar Şəmkirdə xidmətini davam etdirir

Səyyar “ASAN qatar” Şəmkir rayonu Dəllər qəsəbə Stansiyasında vətəndaşlara xidməti davam etdirir.

Qərbinfo.az xəbər verir ki, ayın 21-dən Şəmkirdə xidmətə başlayan "ASAN" qatar həftənin 6 günü, saat 10:00-dan 18:00-a qədər fəaliyyət göstərir. Qeyd edək ki, "ASAN" qatar 2 oktyabr tarixinə qədər rayonda fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, səyyar "ASAN qatar"da həyata keçirilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətləri daxildir.






Son Xəbər