XƏBƏR, SOSİAL
25-09-2020, 18:25

Azərbaycaycanda online satış fırıldaqçılığı - onlara aldanmayın

Azərbaycaycanda online satış fırıldaqçılığı - onlara aldanmayın

Azərbaycanda vətəndaş internetdən alış-veriş edən zaman aldadılıb.

Qərbinfo.az-ın məlumatına görə, onlayn alış-veriş saytlarının birində telefon bəyənən şəxs daha sonra onun satıcısı ilə əlaqə saxlayıb. Görüşüb telefonu almaq istədiyini bildirən alıcıya satışın yalnız onlayn qaydada oluna biləcəyi deyilib.

Bu təklifi qəbul edən vətəndaş onlayn sistemlə satıcıya pulu köçürüb, ancaq bir müddətdən sonra telefon gəlmədikdə aldadıldığını anlayıb.

Vətəndaş bu barədə polisə şikayət edəcəyini bildirsə də, satıcı etdiyi əməldən geri dönməyib.

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə bu kimi fırıldaqçılıq halları ilə bağlı paylaşımlar artmaqdadır.






Son Xəbər