XƏBƏR, SİYASƏT
25-09-2020, 17:31

Rusiya Navalnıya görə Almaniyaya nota verdi

Rusiya Navalnıya görə Almaniyaya nota verdi

Rusiya Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) yanındakı Almaniya Daimi nümayəndəliyinə Aleksey Navalnı ilə bağlı vəziyyət barədə hərtərəfli məlumat verilməsini tələb edən nota ünvanlayıb.

Qərbinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın OPCW-dəki Daimi nümayəndəsi Aleksandr Şulqin deyib.

O bildirib ki, qarşı tərəfdən Kimyəvi Silahların Qadağan Edilməsi Konvensiyasına uyğun olaraq hərtərəfli məlumat verməsi tələb olunur.

Diplomat deyib ki, söhbət analizlərin cavabı, biomateriallar və digər klinik nümunələrin nəticələri daxil olmaqla, Almaniyanın sahib olduğu məlumatlardan gedir.

Şulqin xatırladıb ki, bundan əvvəl Rusiya analizlərin və digər materialların nəticələrini alman tərəfindən almaq üçün ikitərəfli kanallar vasitəsi ilə cəhdlər göstərib, lakin bunlar uğursuz olub.

Qeyd edək ki, bu ilin avqust ayında Rusiya müxalifətinin lideri Aleksey Navalnı Berlin klinikasına aparılıb, orada ona zəhərlənmə diaqnozu qoyulub.






Son Xəbər