XƏBƏR, SOSİAL
23-09-2020, 16:45

Şəmkir gənclərinin İnkişaf və Karyera mərkəzinin konüllülər üzrə mütəxəsisi baxça müdiri təyin edildi

Şəmkir gənclərinin  İnkişaf və Karyera mərkəzinin konüllülər üzrə mütəxəsisi baxça  müdiri təyin edildi


Şəmkir rayonunun Kür qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasına yeni müdir təyinatı olub.

Qərbinfo.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Muxtarova Tərlan Telman qızı Kür qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilib.

Tərlan Muxtarova bundan öncə Gəncə Dövlət Humanitar Kollecdə İngilis dili müəllimi, Xanallara kənd tam orta məktəbdə psixoloq, Şəmkir Gənclərinin İnkişaf və Karyera Mərkəzində Könüllülər üzrə mütəxəssis vəzifələrində çalışıb. Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, Könüllülər İlində könüllülərə və könüllülərlə birgə çalışan şəxslərə Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən birçox imkanlar yaradılıb və həmin şəxslərə birbaşa dəstək göstərilib.






Son Xəbər