XƏBƏR, SOSİAL
23-09-2020, 15:31

Millət vəkili seçicilərlə görüşdü

Millət vəkili seçicilərlə görüşdü


Milli Məclisin deputatı Kamran Bayramov Aşağ və Yuxarı Seyfəli kənd sakinlərini qəbul edib.

Hər bir vətəndaşın müraciəti ayrı-ayrılıqda diqqətlə dinlənilib.

Dinlənilmiş bütün müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədilə qeydiyyata alınaraq nəzarətə götürülüb. Həlli vacib və mümkün olan problemlərin dərhal, digərlərinin qanunauyğun formada araşdırılaraq qısa zamanda nəticəsi barədə vətəndaşlara məlumat veriləcəyi bildirilib.

Qərbinfo.az xəbər verir ki, qəbulda seçicilər tərəfindən əsasən kənd yolunun təmiri, su təchizatı, kənd məktəbinin təmiri, internet xəttinin çəkilməsivə digər məsələlər qaldırıldı.

Onlayn qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtllərinə əməl etmələri tövsiyə olunub.

Qəbula gələnlər belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Şəmkir rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Millət vəkili seçicilərlə görüşdü
Millət vəkili seçicilərlə görüşdü
Millət vəkili seçicilərlə görüşdü
Millət vəkili seçicilərlə görüşdü
Millət vəkili seçicilərlə görüşdü
Millət vəkili seçicilərlə görüşdü
Millət vəkili seçicilərlə görüşdü






Son Xəbər