XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
23-09-2020, 12:15

Alimpaşa Məmmədov: Bu xidmət ölkə başçımızın vətəndaşa olan qayğı və diqqətinin bariz nümunələrindən biridir

Alimpaşa Məmmədov: Bu xidmət ölkə başçımızın vətəndaşa olan qayğı və diqqətinin bariz nümunələrindən biridir

Səyyar “ASAN qatar” oktyabr ayının 2-nə kimi Şəmkir rayonu Dəllər qəsəbə Stansiyasında vətəndaşlara xidmət göstərəcək.

Sakinlərimiz ayın 21-dən başlayan "ASAN qatar"ın xidmətlərindən həftənin 6 günü saat 10:00-dan 18:00-a kimi istifadə edə bilərlər.

Qərbinfo.az xəbər verir ki, bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Dəllər Stansiyasında sakinlərə xidmət göstərən "ASAN qatar"da olub.

Qrumum məsul şəxsləri tərəfindən icra başçısına bildirilib ki, səyyar "ASAN qatar"da göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti,vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətləri daxildir.

İcra başçısı bildirib ki, bu xidmət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlarımıza olan yüksək diqqət və qayğısının bariz nümunələrindən biridir. “Asan xidmət” layihəsini tək ölkəmiz yox, bütün dünya rəğbətlə qarşıladı. Ən inkişaf etmiş ölkələr belə bu təcrübədən istifadə etməyə başlamışlar.

Video süjetə baxmaq üçün buraya toxunun: Video süjet

Son Xəbər