XƏBƏR, SOSİAL
23-09-2020, 10:56

Azərbaycanla Ukrayna arasında uçuşlara bilet satışı başlayıb

Azərbaycanla Ukrayna arasında uçuşlara bilet satışı başlayıb

"Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti Kiyev-Bakı-Kiyev marşrutu üzrə aviabiletlərin satışına başlayıb.

Qərbinfo.az bu barədə şirkətin saytına istinadən məlumat verir.

İlk reysin oktyabrın 4-də həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd olunur ki, bir istiqamətdə biletin qiyməti baqajsız 214 manat, baqajla isə 256 manat təşkil edir.






Son Xəbər