XƏBƏR, SOSİAL
23-09-2020, 09:51

Şəmkirdə enerji içkilərinin azyaşlılara satışının qadağan edilməsinə nəzarət - MONİTORİNQ

Şəmkirdə enerji içkilərinin azyaşlılara satışının qadağan edilməsinə nəzarət - MONİTORİNQ

Azərbaycan Respublikası Prezidentinin 8 may 2020-ci il tarixli 92-VIQD nömrəli Qanunu ilə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən həmin Məcəllənin 455.2-ci maddəsinə enerji içkilərinin yetkinlik yaşına çatmayanlara satılmasına görə inzibati məsuliyyət müəyyən edilib. Qeyd edək ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-ci il tarixli 795 nömrəli Fərmanı ilə həmin Məcəllənin 455.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq səlahiyyəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarına həvalə edilib.

Qərbinfo.az xəbər verir ki, Şəmkir rayonunda enerji və spirtli içkilərin, tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satışının qadağan edilməsi ilə bağlı həyata keçirilən tədbirlərə nəzarət məqsədi ilə Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir Rayon Polis Şöbəsinin birgə iştirakı ilə monutorinqlər həyata keçirilir.

Aparılan monitorinqlər zamanı maarifləndirmə işləri həyata keçirilib, eyni zamanda qanun pozuntusuna yol vermiş ticarət obyeklərinin sahiblərinə ciddi xəbərdarlıqlar edilib.

Qeyd edək ki, monitorinqlər davam etdirilir.

Son Xəbər