XƏBƏR, SOSİAL
22-09-2020, 23:51

Payızın ilk gününü arxada qoyduq

Payızın ilk gününü arxada qoyduq

Azərbaycana payız fəsli qədəm qoyub.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Qərbinfo.az-a bildirilib ki, sentyabrın 22-də yerli vaxtla saat 17:30-da gecə və gündüz bərabərliyi baş verib.

Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə ölkəmizə dekabrın 21-də saat 14:02-də qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.






Son Xəbər