XƏBƏR, SİYASƏT
21-09-2020, 21:26

“Ermənistan çox təhlükəli siyasət aparır” - Balasanyan

“Ermənistan çox təhlükəli siyasət aparır” - Balasanyan

Bu gün Ermənistan daxili və xarici arenada çox təhlükəli siyasət aparır.

Qərbinfo.az xəbər verir ki, bu barədə keçmiş döyüşçü, Qarabağdakı separatçı rejimin “Milli Təhlükəsizlik Şurasının” katibi olmuş Vitali Balasanyan deyib.

Onun sözlərinə görə, bu, Ermənistandakı sosial vəziyyəti, o cümlədən təhsil, kilsə, təhlükəsizlik sahəsindəki bütün uğursuzluqları əhatə edir: "Mən müsbət bir yanaşma görmürəm".

Balasanyan qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan etirazların başlanmasını gözləməməlidir.

“O, könüllü olaraq getməlidir. Mən bu istəyimi ifadə etmək üçün Nikol Paşinyan da daxil olmaqla bütün siyasətçilər və siyasi qüvvələrlə görüşməyə hazıram”.






Son Xəbər