XƏBƏR, SİYASƏT
21-09-2020, 20:28

“Qarabağ danışıqlarının bərpası üçün səyləri əsirgəməyəcəyik” - Makron

“Qarabağ danışıqlarının bərpası üçün səyləri əsirgəməyəcəyik” - Makron

Fransa Minsk Qrupunun həmsədri olaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün tezliklə danışıqlar prosesinin bərpasına nail olmaqda səylərini əsirgəməyəcək.

Qərbinfo.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın müstəqillik günü münasibətilə həmkarı Armen Sarkisyana ünvanladığı təbrikdə deyilir.

Makron qeyd edib: “Bu fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, Fransa, Minsk Qrupunun həmsədri olaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və uzunmüddətli həlli olunacağı ümidi ilə tərəflər arasında danışıqların tezliklə bərpasına nail olmaq istiqamətində səylərini əsirgəməyəcəkdir”.






Son Xəbər