XƏBƏR, SOSİAL
21-09-2020, 10:22

Müəllimlərin informasiya bacarığının artırılması üzərində işləyirik - Şöbə müdiri

Müəllimlərin informasiya bacarığının artırılması üzərində işləyirik - Şöbə müdiriSon zamanlar müəllimlərin informasiya bacarığının artırılması üzərində işləyirik. Əvvəl bunu müəllim özü öz üzərində öyrənirdi, sonra isə keçdiyi fənlər vasitəsilə uşaqlara təlqin edirdi.

Qərbinfo.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Trend-in "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə müsahibəsində deyib.

Onun sözlərinə görə, təhsilin keyfiyyəti dedikdə vurğunu daha çox uşaqların fənn biliklərinin yiyələnməsinin üzərinə qoyurduq:

“Haqsız olaraq, unudurduq ki, məktəbin birinci missiyası vətəndaş formalaşdırmaqdır. Vətəndaş formalaşdırılarkən yalnız təlim deyil, tərbiyə də rol oynayır. Məktəbdə bu, belə deyilmir ki, mən indi sizə fizika keçəcəyəm, sonra isə tərbiyə edəcəyəm. Biz fizika, yaxud ədəbiyyat keçə-keçə uşaqları tərbiyə edirik. Müəllim özünün davranışı, ünsiyyət mədəniyyəti ilə uşaqları tərbiyə edir. Bu, dərs prosesi müddətində olur”.






Son Xəbər