XƏBƏR, SİYASƏT
19-09-2020, 23:45

Pakistanlı senator: Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir

Pakistanlı senator: Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir

Azərbaycan bayrağı Pakistan ordusu və bütün Pakistan üçün Pakistan bayrağı qədər müqəddəsdir.

Qərbinfo.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Televiziyasının “Hədəf” proqramında Pakistan İslam Respublikası Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Müşahid Hüseyn Seyyid deyib.

Senator bildirib: “Ona görə də biz həmişə sizin bayrağınızı öz bayrağımız kimi qorumağa, sizin şərəfinizi öz şərəfimiz, sizin ərazi bütövlüyünüzü öz ərazi bütövlüyümüz kimi dəstəkləməyə hazırıq!”.

M.H.Seyyid daha sonra iki ölkə arasındakı əlaqələrdən, perspektivlərdən danışıb.

Senatorun Pakistan-Azərbaycan əlaqələrinə dair fikirlərinə daha geniş şəkildə “Hədəf”in 19 sentyabr saat 21:00-da yayımlanacaq buraxılışında baxa bilərsiniz.

“Hədəf” proqramına bütöv şəkildə “YouTube” kanalımızdan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=8VW1bpZ1YU0

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w






Son Xəbər