XƏBƏR, SİYASƏT
19-09-2020, 18:40

Əfqanıstanda partlayış törədilib, ölən və yaralılar var

Əfqanıstanda partlayış törədilib, ölən və yaralılar var

Əfqanıstanın Bəlx vilayətində partlayış törədilib.

Qərbinfo.az -ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, əyalətin polis idarəsinin sözçüsü Adilşah Adil bildirib ki, keçmiş polis rəisi Hacı Haşımxan Əhmədzadənin keçdiyi yolda bomba quraşdırılmış avtomobil partladılıb.

Hadisə nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb. Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.






Son Xəbər