XƏBƏR, İQTİSADİYYAT
19-09-2020, 17:52

Azərbaycan ən çox Rusiyaya məhsul göndərib

Azərbaycan ən çox Rusiyaya məhsul göndərib

Yanvar-avqust aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən Qərbinfo.az -a bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur.

Rusiyaya ixrac olunan məhsulların dəyəri 463,3 milyon ABŞ dolları, Ukraynaya 276,3 milyon dollar, Belarusa isə 98,1 milyon dollar olub.






Son Xəbər