XƏBƏR, SOSİAL
19-09-2020, 16:26

DİQQƏT: Səyyar “ASAN qatar” Şəmkirdə xidmət edəcək

DİQQƏT: Səyyar “ASAN qatar” Şəmkirdə xidmət edəcək

Sentyabrın 21-dən etibarən Səyyar “ASAN qatar” oktyabr ayının 2-nə kimi Şəmkir rayonu Dəllər qəsəbə Stansiyasında vətəndaşlara xidmət göstərəcək.

Qərbinfo.az-ın məlumatına görə, sakinlərimiz ayın 21-dən etibarən həftənin 6 günü saat 10:00-dan 18:00-a kimi səyyar "ASAN qatar"ın xidmətlərindən istifadə edə bilərlər.

Qurumun Səyyar Xidmətlərin Təşkili Şöbəsindən bildirilir ki, göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir:

•Notariat fəaliyyəti;
•Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
•Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
•Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
•Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
•Əmək pensiyalarının təyin edilməsi;
•Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
•Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
•Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.






Son Xəbər