XƏBƏR, MƏDƏNİYYƏT
11-05-2017, 16:50

Bu gün ikinci yarımfinal keçiriləcək - “Eurovision - 2017”

Bu gün ikinci yarımfinal keçiriləcəkBu gün Ukraynanın paytaxtı Kiyevdə “Eurovision - 2017” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçiriləcək.

Qərbinfo.az xəbər verir ki, bu mərhələdə 18 ölkənin təmsilçisi səhnədə çıxış edəcək. Birinci və ikinci yarımfinal mərhələlərindən finala vəsiqə qazanan təmsilçilər 13 mayda birincilik uğrunda mübarizə aparacaqlar.

Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin builki ev sahibi Ukrayna və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

Xatırladaq ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva ilk yarımfinalda - mayın 9-da “Skeletions” adlı mahnı ilə çıxış edərək finala addımlayıb.






Son Xəbər