XƏBƏR, İDMAN
18-09-2020, 09:00

Fatih Terim Azərbaycana təşəkkür etdi

Fatih Terim Azərbaycana təşəkkür etdi

Futbolçularımdan razıyam. Yaxşı mübarizə apardılar. Xeyli qol epizodumuz oldu.
Qərbinfo.az xəbər verir ki, bunu "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Neftçi"yə qalib gəldikləri oyundan (3:1) sonra təşkil olunan mətbuat konfransında deyib.

“Azərbaycanı öz məmləkətimiz hesab edirik” - Fatih Terim
Türkiyəli baş məşqçi Azərbaycana təşəkkür edərək bildirib: "Qardaş Azərbaycandan qardaş kimi ayrılırıq. Onlar bizim qardaşımızdır. Bu gün 500-cü oyunum idi. Bunu sözlərlə ifadə etmək çox çətindir. Yaxşı ki, həyatımda "Qalatasaray" var. Avrokuboklarda 100-cü qələbədir. Danışanda asan gələ bilər, amma bu rəqəmlər asan başa gəlmədi".

F.Terim "Neftçi"nin yaxşı komanda olduğunu vurğulayıb: "Yaxşı mübarizə apardılar. Bizə yüksək tempdə cavab verdilər. Onlara uğurlar arzulayıram. Bizim qələbə qazanmağımız sürpriz deyil. Biz uduzsaydıq və zəif oynasaydıq, sürpriz olardı".






Son Xəbər