XƏBƏR, İDMAN
16-09-2020, 23:49

Millimizin voleybolçusu Macarıstan klubu ilə müqavilə imzalayıb

Millimizin voleybolçusu Macarıstan klubu ilə müqavilə imzalayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Anastasiya Bessonova karyerasını Macarıstanda davam etdirəcək.

Qərbinfo.az xəbər verir ki, 21 yaşlı voleybolçu “Bekeşçaba” klubu ilə müqavilə imzalayıb. O, yeni komandası ilə bir mövsümlük anlaşıb.

Qeyd edək ki, voleybolçumuz iki ay əvvəl “Azərreyl”lə müqavilə imzalamışdı. Lakin avrokuboklarda oynamaqdan imtina edən Bakı klubu əksər oyunçuları ilə yollarını ayırmaq məcburiyyətində qalıb. Təmsilçimizlə anlaşmasını qarşılıqlı razılaşma ilə pozduqdan sonra voleybolçu Macarıstan variantına üstünlük verib.






Son Xəbər