XƏBƏR, SOSİAL
16-09-2020, 12:26

"Doğma kəndimdə bir iz qoydum " layihəsi bu dəfə Zəyəm qəsəbəsində

"Doğma kəndimdə bir iz qoydum " layihəsi bu dəfə Zəyəm qəsəbəsində

Şəmkir rayonunda quruculuq-abadlıq işləri geniş vüsət alıb. Bu istiqamətdə rayon sakinləri, xüsusilə də Şəmkirin xaricdə yaşayan iş adamları fəal iştirak edirlər.

Şəmkir şəhəri də daxil olmaqla, kənd və qəsəbələrdə yolların abadlaşdırılması, suvarma kanal və arxlarının təmizlənməsi, eyni zamanda ekaloji təmizlik yaratmaq məqsədi ilə tədbirlərin həyata keçirilməsi artıq sakinlərin də bu işlərdə fəallığına səbəb olub.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yeni bir layihə-"Doğma kəndimdə bir iz qoydum" start götürdü. Artıq layihəyə qoşulanların sayı hər gün artır. Şəmkirlilər lahiyə çərçivəsində öz doğma el-obalarında xeyriyyə işləri görürlər.

Qərbinfo.az xəbər verir ki, bu dəfə Zəyəm qəsəbəsinin el-obasına dəyər verən sakinləri doğma qəsəbələrində xeyriyyə işləri həyata keçiriblər. Belə ki, qəsəbənin Rusiya Federasiyasında çalışan sakinlərinin dəstəyi ilə Zəyəm qəsəbə ərazisində daxili yollar, xüsusilə də qəsəbə qəbristanlığına gedən yollar abadlaşdırılıb. Həmin küçələrə qum-çınqıl tökülərək, texnika ilə hamarlaşdırılırb və küçələrin ətrafı tullantılardan təmizlənib. Eyni zamandaqəsəbə qəbristanlığının ətrafı xüsusi hazırlanmış dəmir çəpərlərlə bağlanıb. Ərazidə olan bütün tullantılar daşınaraq müəyyən olunmuş yerə aparılıb.

Qeyd edək ki, digər fəal kəndlərimiz kimi Zəyəm qəsəbə sakinləri də "Əl-Ələ verək Dəstək olaq" layihəsində də fəal iştirak etdilər.

Son Xəbər